İyunun 24-də Naxçıvan Şəhər Statistika İdarəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirdə Naxçıvan Şəhər Statistika İdarəsinin rəisi Ramil Gülməmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Rail Tağızadə mövzu ətrafında çıxışlar ediblər.
Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx izlənilib.