Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı Qaraçuq kəndində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəfail Əhmədov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elnur İbrahimli, Qaraçuq kənd Mədəniyyəti Evinin direktoru Yasəmən Əliyeva, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Sevinc Rəhimova və Mərkəzin əməkdaşı Bənövşə Afətli çıxış edərək Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və xalqımızın xoşbəxt gələcəyi uğrundakı misilsiz xidmətlərindən bəhs ediblər.

Sonra Qaraçuq kənd Mədəniyyət Evinin Bədii qiraət dərnəyinin üzvləri Məryəm Rəsulzadə, Şərəbanu Səfərova və Aygün Məmmədzadə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər qiraət ediblər.