Uğurlu gənclər siyasəti gənc nəsli vətənpərvər ruhda formalaşdırıb.

Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. 

Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və gənclərimizin rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşan, sağlamlığını itirən, öz canını qurban verən hər bir Azərbaycan gəncinə xalqımız daim minnətdardır. Vətən müharibəsində şəhid olan gənclərimizi Gənclər Günündə bir daha ehtiramla anır, onların ruhu qarşısında baş  əyirik.