Türk Dövlətləri Təşkilatında ailə və sosial siyasət sahəsində mühüm forum keçirilib

12 iyun 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası və “Gənc Ailə Forumu”nun açılış mərasimi keçirilib. Mərasimdə Türk Dövlətlərinin birliyini əks etdirən film nümayiş olunub. Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyeva Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tərəfindən açılış nitqi səsləndirilib və rəqs nömrələri nümayiş etdirilib.
Tədbirin davamında panel müzakirələr təşkil olunub.
Panel müzakirələrdən sonra “Gənc Ailə Forumu” çərçivəsində Türk Dövlətlərinin milli atributlarından ibarət sərgiyə baxış keçirilib.
Tədbirin bağlanış mərasimində Türk dövlətlərinin mədəniyyətini əks etdirən musiqi nümunələri səsləndirilib, həmçinin zəngin moda sərgisi nümayiş olunub.
Qeyd edək ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında fəal olan qadınlardan ibarət nümayəndə heyətinin tərkibində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova da iştirak edib.
Bu tədbir Türk dövlətləri arasında mədəni, sosial və ailə dəyərlərinin paylaşılması baxımından mühüm əhəmiyyət kəsb edir.