Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan KOBİM tərəfindən keçirilən təlimdə kənd təsərrüfatı ilə məşğul olan şəxslər iştirak ediblər.
İcra hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun müdiri İqbal Allahveridyev təlimin məqsədi barədə məlumat verib, bu sahədə maarifləndirmənin əhəmiyyətini vurğulayb.
Naxçıvan KOBİM-in təlimçiləri Ziya Quliyev “Maliyyənin idarə edilməsi”, Famil Həsənov “Vergi qanunvericiliyi” haqqında ətraflı məlumat verib, sahibkarları maraqlandıran sualları cavabandırıblar. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlimlər Naxçıvan KOBİM tərəfindən müxtəlif mövzularda olmaqla 2024-cü ilin sonuna qədər davam etdiriləcək. Maraqlanan şəxslər könüllü olaraq təlimlərdə iştirak edə bilərlər.