Tumbul kəndində ağacəkmə aksiyası keçirilib

22 noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tumbul kənd qəbiristanlığında və kənd mərkəzinin ətraf ərazilərində ağacəkmə aksiyası keçirilib. Aksiyada Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, kənd sakinləri iştirak ediblər. Aksiya zamanı kənd qəbiristanlığına 20 ədəd yolka ağacı və kənd mərkəzinə isə 46 ədəd meyvə ağacı əkilib, mövcud olan ağaclara aqrotexniki qulluq göstərilibdir.
Qeyd edək ki, yaşıllıqların qorunması və yeni yaşıllıqların salınması istiqamətində görülən tədbirlər qarşıdakı dövrlərdə də mütəmadi olaraq davam etdiriləcəkdir.