Ətraf mühitin qorunması və yaşıllıq zolaqlarının genişləndirilməsi diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikasında ətraf mühitin qorunması və yaşıllıq zolaqlarının genişləndirilməsi daim diqqətdə saxlanılır.

Bu münasibətilə Naxçıvan Yaşıllaşdırma Xidməti tərəfindən Naxçıvan şəhərində yol kənarlarında, parklarda və binaların həyətlərində müxtəlif gül kolları, zanbaqlar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, görülən işlər davamlı xarakter daşıyır və Naxçıvan şəhərinin daha abad və təmiz olması, eyni zamanda sakinlərin rahatlığının təmin olunması məqsədilə həyata keçirilir. Şəhərimizin sakinlərindən və qonaqlarından görülən işləri dəstəkləyərək təmizliyə riayət etmələri və yaşıllıqları qorumaları xahiş olunur.