“Taxıl yığımı və tədarükü” mövzusunda tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbiri giriş sözü ilə İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Səyyad Əliyev açaraq bildirib ki, bu il Naxçıvan şəhərində taxıl biçini aparılacaq əkin sahəsi 531,62 hektar təşkil edir. Bu günə qədər taxıl biçini aparılmış 483,05 hektar ərazidən 877,4 ton məhsul toplanıb və bu istiqamətdə işlər davam etdirilməkdədir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əli Hüseynov, Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Fariz Şıxəliyev, “Naxçıvan Taxıl Məhsulları” MMC-nin icraçı direktoru Canməmməd Canməmmədov mövzu ilə bağlı çıxış ediblər.

Sonda kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin sulları cavablandırılıb.