“Təhsil müəssisələrində yuxarı sinif şagirdlərinə gender anlayışının aşılanması” mövzusunda tədbir keçirilib

Aprelin 14-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov açaraq mövzunun əhəmiyyətini vurğulayıb, Naxçıvan şəhərində gender bərabərliyinin təmin olunması sahəsində görülən işlər barədə məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva mövzu ilə əlaqədar təqdimatla çıxış edib.
Bildirilib ki, təhsil müəssisələrində yuxarı sinif şagirdlərinə gender anlayışının aşılanması cəmiyyətin inkişafı və sosial ədalət baxımından son dərəcə əhəmiyyətlidir. Cəmiyyətdə gender bərabərliyinin təşviqi və təhsil sistemindəki gender stereotiplərinin ortadan qaldırılması və gender anlayışının aşılanması xüsusi əhəmiyyət daşıyır.
Tədbirin davamında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev və “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin təsisçisi, klinik psixologiya üzrə fəlsəfə doktoru Ayaz Seyidli mövzu ilə bağlı çıxış ediblər.
Keçirilən tədbir diskussiya şəklində davam edib. Sonda tədbir ştirakçılarını maraqlandıran suallar cavablandırılıb.