9 oktyabr 2025-ci il tarixdə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində və 11 oktyabr – “Beynəlxalq Qızlar Günü” ilə bağlı “Təhsil müəssisələrində yuxarı sinif şagirdlərinə gender anlayışının aşılanması” mövzusunda tədbir keçirilib.
Məktəbin direktoru Nəzifə Haqverdiyeva giriş sözü ilə tədbir iştirakçılarını salamlayıb.
Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova çıxış edərək gənclərin gender bərabərliyi haqqında maarifləndirilməsinin gələcəkdə sağlam və ədalətli cəmiyyətin qurulmasında mühüm rol oynadığını qeyd edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək təhsil müəssisələrində yuxarı sinif şagirdlərinə gender anlayışının aşılanmasının cəmiyyətin inkişafı və sosial ədalət baxımından son dərəcə əhəmiyyətli olduğunu qeyd edib. Bildirib ki, təhsil almaq hər bir insanın fundamental hüququdur. Cəmiyyətdə gender bərabərliyinin təşviqi və təhsil sistemindəki gender stereotiplərinin aradan qaldırılması vacib məsələlərdəndir.
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.