“Təhlükəsiz yol” sosial-maarifləndirici aksiyası keçirilib.

28 sentyabr 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi, Gənclər Fondunun Naxçıvan Filialı və “Modern Pisxoloji Mərkəz”in təşkilatçılığı ilə “Təhlükəsiz yol” devizi altında sosial-maarifləndirici aksiya keçirilib.

Əvvəlcə Naxçıvan Gənclər Mərkəzində gənc könüllülərə tədbirin mahiyyəti haqqında məlumat verilib. Sonra “Piyada keçidindən keç, həyatından keçmə!” şüarı ilə Naxçıvan şəhərində 4 ünvanda; - “Cahan” Ticarət Mərkəzi, Respublika Xəstəxanası, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin qarşısında piyada və sürücülərə təhlükəsiz yolla bağlı maarifləndirmə aparılıb, broşürlər paylanıb.