“Suveren dövlətin gənc vətəndaşı” adlı inşa yazı müsabiqəsi keçirilib

Aprelin 22-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə inşa yazı müsabiqəsi keçirilib. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə şəhər məktəbliləri arasında keçirilən müsabiqədə 16 tam orta məktəbdən 16 şagirdin inşa yazı işi münsiflər heyətinə təqdim olunub.
Münsiflər heyətinin qərarı ilə 14 nömrəli tam orta məktəbin şagirdi Şəhanə Babayeva I yerin, 9 nömrəli tam orta məktəbin şagirdi Zəhra Məmmədli II yerin, 8 nömrəli tam orta məktəbin şagirdi Sunay Əkbərli isə III yerin qalibi olublar.
Müsabiqənin sonunda qaliblər diplom və hədiyyələr ilə mükafatlandırılıblar.