Fevralın 25-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə 7 nömrəli tam orta məktəbdə inşa-yazı müsabiqəsi keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında vətənpərvərlik duyğularını təbliğ etmək, Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, birliyi və həmrəyliyi daha da mökəmləndirməkdən ibarətdir.
Müsabiqənin nəticəsinə əsasən Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əsgərova Çəmən Fəxrəddin qızı birinci, 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Həsənova İnci Oruc qızı ikinci, 14 nömrəli tam orta məktəbin X sinif şagirdi Əliyeva İnci Heydər qızı üçüncü, 11 nömrəli tam orta məktəbin IX sinif şagirdi Abdullayeva Filiz Məmmədəli qızı isə həvəsləndirici yerin qalibi olub. Tədbirin sonunda qaliblər təltif olunublar.