Su təchizatı və kanalizasiya sistemlərinin qurulması işləri davam etdirilir

İnsanların həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər sırasında içməli su təminatı xüsusi yer tutur. Naxçıvan Sukanalizasiya İdarəsi tərəfindən bu istiqamətdə görülən işlər çərçivəsində Naxçıvan şəhərinin İstiqlal küçəsi 77, 6-cı məhəllə 2C, B.Şahtaxtinski küçəsi döngə 1 ev 10A, 6-cı küçə ev 117A, Xətai məhəlləsi döngə 35 ev 18C, döngə 6 ev 12C və M.Ə.Sabir küçəsi ev 13B ünvanlarına içməli su və kanalizasiya xətləri çəkilmişdir.