Qış fəslində havaların kəskin soyuması və temperaturun mənfi dərəcəyə düşməsi ilə əlaqədar su sayğacları və paylayıcı şəbəkələrdə donma təhlükəsi yaranır.
Vətəndaşların diqqətinə çatdırırıq ki, soyuq hava şəraitində sayğacların və daxili xətlərin sıradan çıxmaması üçün zəruri tədbirləri görmək vacibdir:
İzolyasiya edin: Sayğaclarınızı və açıq havada olan borularınızı xüsusi izolyasiya materialları ilə sarıyın, şüşə yunu, polistirol və ya yun parçayla örtün.
Qutunu qoruyun: Sayğac qutularının qapaqlarını kip bağlayın və içərisini qoruyucu materiallarla doldurun.
Havanın axınını kəsin: Sayğacın yerləşdiyi yerdə (binaların pilləkən qəfəsəsində) soyuq hava cərəyanının qarşısını alın. Binaların pilləkən qəfəsəsində qapı və pəncərələri daimi bağlı saxlayın.