“Strateji kommunikasiya” mövzusunda təlim keçirilib.

Sentyabrın 11-də muxtar respublikada fəaliyyət göstərən bir sıra dövlət mətbuat orqanlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə kommunikasiya sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq və böhran kommunikasiyasının düzgün təşkili məqsədilə Strateji kommunikasiya üzrə mütəxəssis Rəşad İmanov tərəfindən təlim keçirilib.

Rəşad İmanov təlim iştirakçılarına peşə fəaliyyətində effektiv kommunikasiya qurmaq bacarıqlarının növləri, önəmli komponentləri, eləcə də  marketinq, təşkilati, ictimaiyyətlə əlaqələr və brendinq, böhran kommunikasiyaları barədə ətraflı məlumat verib. Bildirilib ki, hər bir qurumun əməkdaşı tam məlumatlı olmalı, qurumun missiyasını öyrənməli və həmin əməkdaş öz rolunu dərk etməlidir. Müzakirələr formatında davam edən təlimdə strateji kommunikasiya anlayışı nədir, özündə nələri ehtiva edir, strateji kommunikasiyadakı yeni tendensiyalar hansılardır, burada süni intellektin, datanın təsiri və digər məsələlərə aydınlıq gətirilib. Təlimdə, həmçinin təşkilati kommunikasiya tərkibində adaptasiya proqramının önəmi vurğulanıb.

Təlim çərçivəsində iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.