Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Səfər Tağıyev və məktəbin direktoru Samirə Abdullayeva çıxış edərək yeniyetmə və gənclərin informasiya təhlükəsizliyi sahəsində maariflənməsinin əhəmiyyətini vurğulayıblar. Tədbirdə şagirdlərə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, psixoloji fəsadları və doğurduğu təhlükələr barədə ətraflı məlumat verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı broşürlər paylanılıb.