Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə keçirilən təlimdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Müşərrəf Bağırova və Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Abdulla Əsgərov çıxış edərək şagirdlərin informasiya təhlükəsizliyi sahəsində məlumatlandırılmasının əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, sosial şəbəkələrdən səmərəsiz və yanlış istifadə şagirdlərin təhsildən uzaqlaşmasına səbəb olur. Problemlə mübarizədə müəllim və valideynlərin birgə səyləri mühüm əhəmiyyətə malikdir.
Sonra iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib.