Naxçıvan şəhər ümumtəhsil məktəblərində tədris aparan və sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsində maksimum nəticə (60 bal) əldə etmiş müəllimlərimizi səmimi qəlbdən təbrik edirik.
Bu yüksək nəticə sizin peşəkarlığınızın, zəhmətinizin və təhsilə olan məsuliyyətli yanaşmanızın bariz göstəricisidir. Qazandığınız uğur yalnız şəxsi nailiyyət deyil, eyni zamanda gənc nəslin keyfiyyətli təhsil almasına verdiyiniz dəyərli töhfənin təcəssümüdür.
Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm can sağlığı və daha böyük nailiyyətlər arzulayırıq.