Noyabrın 8-də – Zəfər Gününün altıncı ildönümündə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları Naxçıvan şəhərindəki Zəfər Abidəsini ziyarət ediblər.
Ziyarət zamanı 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin şərəfinə ucaldılan abidənin önünə gül dəstələri düzülüb, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.