Sanitar-gigiyenik vəziyyətlə bağlı növbəti maarifləndirici seminar keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Esmira Həsənova, “Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti”nin Sanitar-karantin şöbəsinin müdiri Qurbani İbrahimov və Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin direktoru Natella Rzayeva çıxış edərək uşaq müəssislərində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanmasının əhəmiyyətini qeyd ediblər. Dövlət uşaq müəssisələrinin tibb bacısı, müəllimlərin və sanitar-gigiyenik vəziyyətə məsul şəxslərin iştirak etdiyi tədbir diskussiya xarakterli olub. 30 nəfərin yararlandığı seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, broşürlər paylanılıb.