Şahmat taxtasında məktəbli qızların zəka yarışı

28 oktyabr 2026-cı il tarixində Naxçıvan Şahmat Mərkəzində Naxçıvan şəhər tam orta məktəblərinin qız komandaları arasında şahmat üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 16 məktəbdən 96 şagird iştirak edib.
Yarışın nəticələrinə əsasən, 7 nömrəli tam orta məktəb I, 3 nömrəli tam orta məktəb II, 17 nömrəli tam orta məktəb isə III yeri tutub. Qalib komandalara diplomlar, I yerin sahibinə isə kubok təqdim olunub.