“Sağlam gələcəyimiz üçün ağac əkin” şüarı ilə ağacəkmə aksiyası keçirilib.

Ölkə ərazisində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərə töhfə olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Sağlam gələcəyimiz üçün ağac əkin” şüarı ilə ağacəkmə aksiyası keçirilib.

Bu gün keçirilən aksiya çərçivəsində Naxçıvan şəhər 3 saylı Mənzil İstismar İdarəsinin ərazisində icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun 900 ədəd ting əkilib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar 18 oktyabrda start götürən bu aksiyalar 28 oktyabr tarixinədək davam edəcək.