İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbirləri davam edir. Bu cür tədbirlərin davam olaraq iyun ayının 3-də Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat verib. Həmçinin Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və tədbirlərin təşkili üzrə baş məsləhətçisi Zərifə Sadıxova isə çıxış edərək əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədilə vətəndaşların icbari tibbi sığorta ilə maariflənməsinə ehtiyac olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda icbari tibbi sığorta sisteminin tətbiqinin vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu olduğu vurğulanıb. Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.