Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

İyulun 15-də "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin yeniyetmələri arasında keçirilən sərbəst güləş üzrə birincilikdə 10 çəki dərəcəsi üzrə 50 idmançının mübarizə apardığı birinciliyin yekununa əsasən Əli Quliyev (38 kq), Fuad İsgəndərli (41 kq), Alcəfər Musayev (44 kq), Elxan Muradov (48 kq), İmaməli Rzayev (52 kq), Əli Mirzəli (57 kq), Eltun Abazərli (62 kq), İbrahim Məmmədli (68 kq), Mətin Cabbarlı (75 kq) və Qadir İsmayılov (85 kq) çəki dərəcələrində bütün rəqiblərini üstələyərək qalib olublar.
Birinciliyin yekununa əsasən hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar diplom və medallar ilə mükafatlandırılıb.