Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid İbrahimov İbrahim Etibar oğlunun və şəhid Seyidov Nihat Mehman oğlunun ildönümü münasibətilə məzarları başında anım tədbiri keçirilib. Tədbirdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. Çıxışlarda onların qəhrəmanlıq yolu, Vətənə sədaqəti və fədakarlığından bəhs olunub.
Sonda məktəblilər şəhidlərə həsr edilmiş şeirlər səsləndiriblər.