Şəhidin doğum günü münasibətilə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova, İcra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Sosial Xidmətlər Agentliyinin Naxçıvan şəhər şöbəsinin direktoru İmran Əliyev, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, şəhidin ailə üzvləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin doğmalarına başsağlığı verib, keçdiyi ömür yolundan bəhs ediblər. Bildirilib ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş şəhidlərini unutmayacaq, onları əbədi olaraq qəlbində yaşadacaq.
Şəhidin ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək öz minnətdarlıqlarını ifadə ediblər.