
İyulun 28-də şəhid Zeynalov Elnur Elsevər oğlunun doğum günü ilə əlaqədar Gənclik Mərkəzində tədbir keçirilib. İlk öncə şəhidlərimizin xatirəsi anılıb, dövlət himni səsləndirilib. Sonra şəhidin xidmət etdiyi Hərbi Dəniz Qüvvələrinin 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolunu əks etdirən sənədli film göstərilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şəhid ailələri, şəhidin döyüç yoldaşları, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, şəhidlə birlikdə Heydər Əliyev adına Hərbi Liseydə və Ali Hərbi Məktəbdə təhsil alan Vətən müharibəsi Qəhrəmanı Cavid Behbudov çıxış ediblər. Çıxış edənlər şəhidin döyüş yolundan, vətənpərvərliyindən geniş söhbət açıblar.
Tədbirdən sonra şəhidin məzarı ziyarət olunub.

.jpeg)