Şəhid Əsgərov Canpolad Ağaverdi oğlunun il dönümü qeyd olunub.

Dekabrın 10-da şəhid Əsgərov Canpolad Ağaverdi oğlunun il dönümü qeyd olunub. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, həmin şöbənin böyük məsləhətçisi Pərvin Səfərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov, "Naxçıvan Şəhid Ailələri" ictimai birliyinin sədri Mayis Gülməmmədov, müharibə iştirakçısı Nəzifə Qaybalıyeva, 15 nömrəli məktəbin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, şəhidlərimizin keçdiyi döyüş yolu, vətənpərvərlik nümunəsi kimi bu günkü və gələcək nəsillər üçün bir örnəkdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə tarix yazan şəhidlərimiz və qazilərimiz heç bir zaman unudulmayacaq, Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Sonda 15 nömrəli məktəbin şagirdləri tərəfindən şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.