Avqustun 15 -də şəhid Salmanov İbrahim Asif oğlunun doğum günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şöbənin böyük məsləhətçisi Pərvin Səfərov və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis müavini Sultan Zamanov şəhidin məzarını ziyarət ediblər.