Avqustun 4-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Qasımov Vüqar Fərman oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov çıxış edərək şəhidlərimizə və onların ailələrinə göstərilən dövlət qayğısından bəhs edib, şəhidlərimizin qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb.
Şəhidin bacısı Zəhra Eyvazova ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda şəhidin məzarı ziyarət olunaraq önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.