Şəhid polis Əsgərov Ələsgər Zakir oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Şəhidin ailə üzvləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları və Naxçıvan şəhər 5 nömrəli körpələr evi-uşaq bağçası kollektivinin iştirakı ilə keçirilən tədbirdən öncə şəhidin məzarı ziyarət olunub.

Naxçıvan şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasında davam edən tədbirdə çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəxslərin xatirələrinin həmişə uca tutulduğunu və onların dövlətin ali rəhbərliyinin qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar.

Uşaq bağçasının balaca fidanları ifa etdikləri şeirlərlə Vətənimizə məhəbbətlərini, şəhidlərimizə ehtiramlarını ifadə ediblər.