"Konstitusiya və Suverenlik İli" çərçivəsində mayın 12-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Şəhər Polis İdarəsinin, Naxçıvan Dövlət Univeristetinin, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının kollektivlərinin iştirakı ilə tədbir keçirilib.
Torpaqlarımızın ərazi bütövlüyünün təmin olunmasında biz hər birimiz şəhidlərimizə, qazilərimizə və ordumuza borcluyuq. İsmayıl Gülməmmədov bildirib ki, bu gün şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı göstərilir, mənzil-məişət şəraiti yaxşılaşdırılır, qazilər avtomobil və işlə təmin edilirlər.
Sonra şəhid Mərhəmət Həmzəyevin anası Qərənfil Həmzəyeva, Ramazan Göydağlının atası Əbülfət Əliyev, Ülvi Cəfərovun atası Habil Cəfərov, Sabirabad rayonundan olan şəhid Əzizbəy Muradovun anası Fatma Muradova, Bakı şəhərindən olan şəhid Seymur Mahmudovun anası Gülnarə Mahmudova övladlarının vətənpərvərliyi ilə qürur duyduqlarını, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Cənab prezidentimiz İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.