Şəhid polis serjantı Əsgərov Ələsgər Zakir oğlunun ailəsi ziyarət olunub.

Dekabrın 3-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və həmin şöbənin böyük məsləhətçisi Pərvin Səfərov şəhid polis serjantı Əsgərov Ələsgər Zakir oğlunun valideynlərinin yaşadığı mənzildə olub, şəhidimizin anası və atası ilə söhbət edib, onların problemləri ilə maraqlanıblar. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının salamını, şəhid ailələrinə olan hörmət və ehtiramını çatdırıblar. Qeyd olunub ki, torpaqlarımızın azad edilməsində ordumuzla bərabər polislərimizdə əsl qəhrəmanlıq nümunəsi göstərib şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərimizin şücaəti və qəhrəmanlığı gənclərimiz üçün bir örnək olacaqdır. 

Sonra şəhidimizin ömür yolunu əks etdirən guşəyə baxış olub.