Şəhid Qasımov İbrahim Malikəjdər oğlunun övladı Qasımov Malik İbrahim oğlunun 4 yaşının tamam olması münasibətilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında tədbir təşkil olunub.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov iştirak edib. O, Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivi adından Malik Qasımovu doğum günü münasibətilə təbrik edib, ona möhkəm can sağlığı, uzun ömür və xoşbəxt gələcək arzulayıb. İsmayıl Gülməmmədov Malik Qasımovun atası kimi Vətənə layiqli övlad olacağına əminliyini ifadə edib.
Bildirilib ki, şəhid ailələrinə göstərilən dövlət qayğısı və diqqəti bundan sonra da davam etdiriləcəkdir.
Daha sonra Malik Qasımovun 4 yaşının tamam olması münasibətilə tort kəsilib.
Şəhid İbrahim Qasımovun atası Malikəjdər Qasımov və qardaşı Allahverdi Qasımov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Sonda Malik Qasımov və yaşıdları Heydər Əliyev Mədəniyyət və İstirahət Parkındakı əyləncə qurğularından istifadə edərək xoş vaxt keçiriblər.