Sentyabrın 9-da torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn, şəhid Elşən Orucovun bizə əmanət etdiyi övladı Günəş Orucovanın 11 yaşı tamam olması münasibətilə görüş keçirilib.
Görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova Günəş Orucovanı doğum günü münasibətilə təbrik ediblər. Ona möhkəm can sağlığı, xoşbəxtlik və təhsilində yeni-yeni uğurlar arzulayıblar.
Bildirilib ki, dövlətimiz hər zaman şəhid ailələrinə, xüsusilə şəhid övladlarına xüsusi diqqət və qayğı göstərir. Bu diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.
Qeyd olunub ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və Vətən uğrunda fədakarlıq onların övladlarına, eləcə də bugünkü və gələcək nəsillərə daim çatdırılacaq.