Şəhid Nəzərəliyev Abbasəli Qaragöz oğlunun məzarı ziyarət olundu.

 Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, böyük məsləhətçisi Pərvin Səfərov, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Tədbirdə İsmayıl Gülməmmədov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı. Bildirdi ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti şəhid ailələrinə daim öz hörmət və ehtiramını bildirəcək, onların problemlərinin həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər gorəcəkdir. Şəhidin döyüş yoldaşı, Azərbaycan Respublikası Müharibə Veteranı Ləzifə xanım şəhid Abbasəlinin döyüş yolundan danışdı və bildirdi ki, şəhidlər heç bir zaman unudulmayacaq. Şəhidin həyat yoldaşı Mədinə xanım dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Şəhidimizin xatirəsinə həsr olunmuş tədbir 16 nömrəli məktəbdə davam etdirilib.