Şəhid Musayev Adəm Afiq oğlunun doğum günü münasibətilə tədbir keçirilib.

Avqustun 19-da şəhid Musayev Adəm Afiq oğlunun doğum günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şöbənin böyük məsləhətçisi Pərvin Səfərov və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin əməkdaşı Elmar Məmmədli şəhidin məzarını ziyarət ediblər.