
Anım mərasimində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin nümayəndəsi, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
İsmayıl Gülməmmədov Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivi və şəxsən İcra başçısının vəzifələrini icra edən Əhməd Vəliyevin adından şəhid Məmmədov Cəlil Ələsgər oğlunun ailəsinə baş sağlığı verib, ruhuna dualar oxunub. Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə, Vətənimiz Azərbaycana həsr olunmuş şeirlər söyləyiblər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət diləyirik !


