Şəhid Məmmədov Araz Qəhrəman oğlunun mövlud günü qeyd edilib.
Naxçıvan şəhər Tumbul kəndində keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Baş Gömrük İdarəsinin əməkdaşları, şəhidin ailə üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhid Məmmədov Araz Qəhrəman oğlunun vətənpərvərliyindən, keçdiyi döyüş yolundan, bir hərbiçi kimi doğma yurda olan məhəbbətindən danışıblar. Şəhidin anası Xeyrənsə Məmmədova tədbir iştirakçılarına oz minnətdarlığını bildirib, dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Sonda xatirə şəkili çəkdirilib.