Şəhid leytenant Quliyev Vəli Vəli oğlunun doğum günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub. Mərasimdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova, İcra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və digər dövlət orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin doğmalarına başsağlığı verib, keçdiyi ömür yolundan bəhs ediblər. Bildirilib ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş şəhidlərini unutmayacaq, onları əbədi olaraq qəlbində yaşadacaqdır.

Daha sonra şəhidin xatirəsinə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.