Şəhid kapitan Aşur Cəmiyevin xatirəsi yad edilib.

Torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlmiş Cəmiyev Aşur Bəybala oğlunun doğum ildönümü qeyd edilib.
Mərasimdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin nümayəndəsi, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhidin ailəsinə baş sağlığı verərək bildiriblər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz, qəhrəman oğullarımız misilsiz şücaət göstərərək torpaqlarımızı düşməndən azad edib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bötüvlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədəkarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Aşur Cəmiyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Allah rəhmət eləsin !