Naxçıvan şəhərində Vətənimiz uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinə həmişə diqqət və qayğı göstərilir. Bu diqqətin bir ifadəsi də doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrinin yad edilməsidir.
24 avqust 2024-cü il tarixdə şəhid İbrahimov Yalçın Səfər oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsinin əməkdaşı Tufan Arzumanlı, şəhidin ailə üzvləri və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin nümayəndəsi iştirak ediblər.