Aprelin 7-də şəhid Eyvazov İslam Həsən oğlunun doğum günü ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin əməkdaşları və şəhidin ailə üzvləri şəhidin Qaraçuq kənd qəbiristanlığında yerləşən məzarını ziyarət edib.
İsmayıl Gülməmmədov Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin şəhidin ailəsinə olan hörmət və ehtiramını çatdırıb. Həmçinin şəhidimizin vətənpərvərlik nümunəsinin bu günkü və gələcək nəsillərə örnək olduğunu vurğulayıb.