Bu münasibətlə Qaraçuq kəndində keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, Naxçıvan şəhər 14 və 15 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimində şəhidlərimizin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verib, çıxış edənlər İslam Eyvazovun simasında qəhrəman Vətən oğullarının igidliyi, şücaəti nəticəsində xalqımızın torpaq həsrətinə son qoyulduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıblar. 14 və 15 nömrəli tam orta məktəblərin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə şəhid Eyvazov İslam Həsən oğlu “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.