Şəhid Eyvazov İslam Həsən oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Eyvazov İslam Həsən oğlunun anım günü qeyd olunub.Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidin həyat və döyüş yolundan, qəhrəmanlıq və fədakarlığından bəhs olunub.Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdləri Vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.