Avqustun 22 -də şəhid Budaqov Ruslan Elman oğlunun doğum günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şöbənin böyük məsləhətçisi Pərvin Səfərov, Naxçıvan Muxtar Respublikası ƏƏSMN Sosial Xidmətlər Agentliyinin Naxçıvan şəhər sektorunun müdiri İmran Əliyev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsinin əməkdaşı Elmar Məmmədli, şəhidin ailə üzvləri və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Agentliyinin nümayəndəsi şəhidin məzarını ziyarət ediblər.
Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildirib.