Şəhid baş leytenant Vəliyev İsmayıl Mehman oğlunun anım günü qeyd edilib.

Noyabrın 17-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şöbənin böyük məsləhətçisi Pərvin Səfərov, Sosial Xidmətlər Agentliyinin Naxçıvan şəhər şöbəsinin müdiri İmran Əliyev, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun, AMEA Naxçıvan Bölməsinin, Dini qurumların əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri anım günü münasibətilə şəhid baş leytenant Vəliyev İsmayıl Mehman oğlunun məzarını ziyarət ediblər.

Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda",  "Döyüşdə fərqlənməyə görə", "Laçının azad olunmasına görə" medalları və “III dərəcəli Rəşadət" ordeni ilə təltif edilmiş şəhid baş leytenant İsmayıl Vəliyevin şücaətindən, keçdiyi döyüş yolundan, doğma yurda olan məhəbbətindən, həmçinin şəhid ailələri və qazilərə dövlət qayğısından bəhs ediblər.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.