Şəhid baş leytenant Məmmədov Sahil Rasim oğlunun anım günü qeyd edilib.

Dekabrın 8-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şöbənin böyük məsləhətçisi Pərvin Səfərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Dini qurumların əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri anım günü münasibətilə şəhid baş leytenant Məmmədov Sahil Rasim oğlunun məzarı başında keçirilən tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhid baş leytenant Məmmədov Sahilin şücaətindən, keçdiyi döyüş yolundan, doğma yurda olan məhəbbətindən, həmçinin şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından bəhs ediblər.

Şəhidin anası tədbir iştirakçılarına və şəhid ailələrinə təşəkkür edib, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.