Noyabrın 30-da Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun əməkdaşları, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Sosial Xidmətlər Agentliyinin sektor müdiri İmran Əliyev, Dini qurumların əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri anım günü münasibətilə şəhid baş leytenant Əlizadə Fuad Nazim oğlunun məzarı başında keçirilən tədbirdə iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və “III dərəcəli Rəşadət" ordeni ilə təltif edilmiş şəhid baş leytenant Fuad Əlizadənin şücaətindən, keçdiyi döyüş yolundan, doğma yurda olan məhəbbətindən, həmçinin şəhid ailələri və qazilərə dövlət qayğısından bəhs ediblər.
Şəhidin anası dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.